Qarabağda yeni müharibə anonsu – “Putin Bakıdan möhlət istəyib…”

0
843

Azərbaycan, Rusiya və Ermənistan seçki zolağından çıxandan sonra kritik gözlənti – may-iyuna verilən müharibə proqnozları; rusiyalı tanınmış  politoloq: “Bakı çoxdan və açıq şəkildə hamıya eyham vurur ki…”

Türkiyənin Suriyada təxminən bir ay öncə başladığı “Zeytun budağı” əməliyyatı uğurla davam edir. Bu əməliyyatın maksimum qısa zamanda və qardaş ölkənin planlaşdırdığı hədəfə çatması ilə yekunlaşması şübhəsiz ki, Azərbaycanın da marağındadır. Ən azı, iki səbəbdən.

Birinci ona görə ki, Türkiyənin problemi bizim də problemimiz, gücü isə – bizim də gücümüzdür. Necə ki, qardaş ölkə rəsmiləri daima “Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir” deyirlər.

İkinci səbəb isə elə bu fevral günlərində 30 illiyi tamamlanan Qarabağ ixtilafı ilə birbaşa bağlıdır. O mənada ki, qardaş dövlət Afrin əməliyyatını uğurla başa çatdırsa, o zaman onun regional supergüc statusu ciddi şəkildə möhkəmlənəcək, ermənilərin böyük ümid bəslədiyi kürd separatçılığı və PKK ölümcül zərbə alacaq.

Afrin Əməliyyatı ile ilgili görsel sonucu

Bundan əlavə, uğurlu Afrin əməliyyatı qardaş məmləkətin Qarabağ məsələsində, Güney Qafqazda söz sahibliyi və Rusiya ilə ortaq məxrəcə gəlmə imkanlarını əhəmiyyətli şəkildə artacaq ki, bu da işğalçı Ermənistanın maraqlarına cavab vermir. Nəhayət, Türkiyənin Yaxın Şərqdə, Suriyada və bölgəmizdə artan gücü və söz sahibliyi Qarabağda yeni müharibənin qızışacağı təqdirdə Azərbaycana daha effektli dəstəyi təmin edə bilər ki, bu da düşməni başqa yandan narahat edir.

Putin ile ilgili görsel sonucu

Aydındır ki, başı Suriyaya, terrorla müharibəyə qarışan qardaş ölkə bizə yetərli yardım edə bilməz. Odur ki, Qarabağda işğalçıya qarşı aktiv, lokal və ya geniş miqyaslı əməliyyatlarla bağlı Azərbaycan bu amili də ciddiyə almaya bilməz. Bu mövzuda iki ekspert rəyini təqdim edirik. Maraqlıdır ki, onların hər ikisində Rusiya, Azərbaycan və Ermənistanda təxminən eyni vaxta təsadüf edəcək prezident seçkilərindən dolayı ortaq gözləntilər yer alır.

*****

“Bir sıra şərhlərə rəğmən, Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsi fikrimcə, qətiyyən Rusiyada və ya Ermənistandakı analoji seçkilərlə bağlı deyil. Bu gün regionda geosiyasi durum sürətlə dəyişir və bir neçə ay sonra ciddi şəkildə mürəkkəbləşəcək. Daha bir səbəbə: Azərbaycanın əsas müttəfiqi Türkiyə artıq müharibə zolağına girib. Demək, Azərbaycan xalqının seçdiyi prezident də daha mürəkkəb xarici siyasət şərtləri altında işləməli olacaq”.

Qriqori Trofimçuk ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk rusdilli Vesti.az saytına açıqlamasında deyib. Ekspert Qarabağ ətrafında kövrək atəşkəsin və qeyri-sabitliyin sonsuzadək davam edəcəyinə inanmadığını söyləyib: “Bakı çoxdan və açıq şəkildə hamıya eyham vurur ki, növbəti nəticəsiz və çox illik danışıqlar prosesinə cəlb olunmaq niyyətində deyil. 2016-cı ilin aprel müharibəsindən praktik olaraq iki il ötüb. Amma prezidentlərin müvafiq sammitlərinin heç bir qərarı həyata keçməyib. Bu xüsusat da Azərbaycan rəhbərliyinə təzyiq edir. Əgər bütün Güney Qafqazı bürüyəcək birbaşa müharibə haqda fikri kənara atsaq, o zaman yeni şəraitdə Azərbaycan prezidenti yəqin ki, Qarabağı özünə yaxınlaşdırmaqla  Avrasiya Birliyi və KTMT arasında ağıllı və optimal balans axtarmağa çalışacaq. Əks halda, Bakı ona lazım olmayan silsilə müharibələrə cəlb oluna bilər. Bütün bu mürəkkəb balansı seçkilərdən dərhal sonra ölçüb-biçmək lazım gələcək. Əks təqdirdə regiona destruktiv proseslər, o cümlədən Ermənistan-Azərbaycan konfliktində parazitlik edən terrorizmlə bağlı proseslər nüfuz edə bilər”, – deyə rusiyalı analitik əlavə edib.

*****

Ara Papyan ile ilgili görsel sonucu

Öz növbəsində erməni politoloq Ara Papyan seçkilərdən sonrakı müharibə ehtimalının böyük olacağını söyləyib. “Yeni Müsavat” 1 in.am erməni nəşrinə istinadən verdiyi məlumata görə, o deyib: “2018-ci ildə müharibə nə dərəcədə realdır? Bir neçə ay qabaq mən demişdim ki, xüsusən də Rusiyadakı prezident seçkilərindən sonra çox böyük yəqinliklə Azərbaycan hərbi əməliyyatları bərpa edəcək. Məndə həmçinin, yüksək çinli ruslar haqda özəl bir məlumat var idi ki, İlham Əliyev Putinlə danışıb və o da Əliyevə deyib ki, seçkiyə kimi heç nə eləməsin. Ancaq eşidəndə ki, Əliyev seçkinin vaxtını oktyabrdan aprelə keçirib, bundan dərindən narahat oldum. Başqa sözlə, Əliyev də öz seçkilərini təhlükə altına qoyma istəmir, çünki müharibənin necə keçəcəyinə əmin deyil, ona görə seçkinin vaxtını dəyişib”.

Erməni ekspert habelə, müharibənin may-iyunda – nə vaxt ki, Azərbaycan, Rusiya və Ermənistan artıq seçki zolağından tam çıxacaq, –  başlaya biləcəyi barədə bu günlərdə ABŞ-dan səslənən proqnozu bölüşdüyünü də deyib. “Yeni Müsavat” xatırladır ki, söhbət ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutsun ölkə Senatının Kəşfiyyat məsələləri üzrə komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı söylədiyi bir fikirlərdən gedir. Kouts söyləmişdi ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər. Hesabatda o da qeyd olunurdu ki, “tərəflər güzəştə getməyə tələsmirlər”.

Lakin ərazisinin 1/5-i on illərdir işğal altında olan Azərbaycan gedə biləcəyi ən böyük güzəşti çoxdan bəyan edib: Dağlıq Qarabağa Azərbaycana yüksək muxtariyyət. Bundan o tərəfə torpaqlarımızda ikinci saxta erməni dövlətinin qurulmasına razılıq gəlir ki, onu da Azərbaycanda verəcək siyasi qüvvə yoxdur.

Yəni “qırmızı xətt” məsələsi. Başqa sözlə, “top” çoxdan Ermənistanın, daha doğrusu, onun havadar(lar)ının meydanındadır…

“Yeni Müsavat”ın analitik xidməti

BIR CAVAB BURAXIN