Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb. Bu barədə NTV kanalı məlumat yayıb.
O, bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkib və həmin görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yayımlayıb.
Sözügedən paylaşımdan sonra yaşadığı mənzilə polislər basqın edərək axtarış aparıb. Hüseyn və onun dostu polis şöbəsində dindirilib.
Bloqqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur. (Qafqazinfo)