Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ – VİDEO

0
876

Ötən illə müqayisədə evlərin qiymətində 2,2 faiz artım müşahidə olunur. Bahalaşma daha çox Yasamal, Binəqədi və Nizami rayonlarında, dəyəri 120-125 min manata qədər olan mənzillərdə baş verib.

Evlərin qiyməti artıb.

Xezerxeber.az bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ötən illə müqayisədə mənzil bazarında evlərin qiyməti 2.2 faiz artıb. Onun sözlərinə görə, bahalaşma daha çox dəyəri 120-125 min manata qədər olan mənzillərdə müşahidə edilir.

Ramil Osmanlı deyir ki, qiymət artımı gözlənilən olmayıb.Onun sözlərinə görə adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artıb.

Ramil Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb. Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.

BIR CAVAB BURAXIN