Əməliyyatlar Afrin, İdlib, Minbiclə davam edəcək

0
640

“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

Arazinfo.com “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırdılar: “Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: “Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələyə bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. Diplomatik danışıqlarla 5 milyon kvadrt km. sahəlik vətənimizdən yalnız indiki qalıb. İndi onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Nəticədə yatan divi oyatdılar”.

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatına toxunun dövlət başçısı bildirib ki, əməliyyatlar Afrin, İdlib, Minbiclə davam edəcək: “Bizdən soruşurlar ki, əməliyyatları nə zaman başa çatdıracaqsınız? Onlara cavabımız belədir: Siz İraqda, Əfqanıstanda əməliiyatları nə vaxt bitirəcəksiniz? Siz həmin ölkələrin heç biri ilə qonşu deyilsiniz. Belə olan halda oralarda nə işiniz var? Bizim yüzə yaxın şəhidimiz var. Hörmətli Barak Obama bizimlə doğru danışmadı, hörmətli Donald Tramp da onun yolu ilə gedir. Siz ora terrorçu PKK-nı gətirdiniz. Biz isə oralara həmin torpaqların əsl sahiblərini gətirəcəyik. Ora 5 min TIR-la dolu silah-sursat göndərmisiniz. Axı, İŞİD-ə qarşı mübarizə bitdi deyirsiniz. O zaman bölgədə nə işiniz var? Deməli, siz Türkiyə, İran və Rusiya ilə haqq-hesab çəkmək istəyirsiniz. Biz öz yerimizdə dimdik durmuşuq. Bu silahlardan İran və Rusiyaya qarşı istifadə ediləcək”.

BIR CAVAB BURAXIN