Qarabağda əhalini məskunlaşdırmaq üçün 4 min dollar…

0
786
Erməni işğalçı rejimi nəzarətdə saxladığı Azərbaycan torpaqlarında  mümkün qədər qanunsuz  məskunlaşdırma və artımın stimullaşdırılması proqramını davam etdirir.
 “KarabakhTV” xəbər verir ki, erməni əsilli Rusiya milyonçusu Samvel Karapetyan 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq 2018-ci ildə də işğal altındakı Azərbaycan torpaqlarındakı 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyəcək.
Bu haqda Ümumerməni “Ayastan” fondunun mətbuat xidmətindən məlumat verilib. Proqramın icrasına başlanılması münasibəti ilə fevralın 3-də Xankəndində oyuncaq separatçı  lider Bako Saakyanın da iştirakı ilə  böyük konsert olacaq.moderator.az

BIR CAVAB BURAXIN