“Komsomolskaya pravda” radiostansiyasında canlı yayım zamanı tanınmış Rusiya jurnalistləri Maksim Şevçenko və Nikolay Svanidze arasında yumruq davası düşüb.
Media məşhurları arasında söz atışması “Stalinizm müalicə edilməli olan bir xəstəlikdirmi?” sualının müzakirəsi zamanı baş verib. Şevçenko, bəyan edib ki, Svanidze öz şərhi ilə sovet əsgərlərinin qəbirlərinə tüpürür.
Bunun cavabında Svanidze rəqibini “əclaf” adlandırıb və onun ağzını dağıtmaq lazım olduğunu söyləyib. Şevçenko isə cürəti çatırsa, bunu elə indi etməyə çağırıb. Svanidze tərəddüd etmədən həmkarına tərəf gedib və onun üzünə sillə vurub. Şevçenko isə ona yumruqlarıyla ciddi cavab verib. Aparıcı tanınmışlara canlı efirdə olduqlarını xatırladaraq mədəniyyətə dəvət edib. Studiyadakı kişi əməkdaşlar jurnalistləri çətinliklə sakitləşdiriblər. Moderator.az