Duqin: “Türkiyənin NATO-dan ayrılmaq vaxtı çatıb”

0
633

Rusiya “Zeytun budağı” əməliyyatlarına ABŞ-ın Suriyadakı varlığından narahat olduğu üçün icazə verib.

Bu sözləri “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi artıq məhv olub və onların əlində yalnız kürd kartından başqa heç nə qalmayıb:

“Bu əməliyyatı analiz edən zamanı kürd faktorunu diqqətə almalı və onların Amerika strategiyasının bir vasitəsi olduqlarını unutmamalıyıq. ABŞ bölgədəki bütün oyunçularla yaxınlaşıb, Yaxın Şərqdəki strateji vəziyyətini yenidən formalaşdırmağa çalışır. Bunu edərkən kürd dövlətini də planladılar. Başlanğıcda kürdlər bu plan çərçivəsində istifadə ediləcək vasitələrdən sadəcə biri idi. Əslində Ərdoğan və Türkiyə də ABŞ-ın tərəfindəydi. Ancaq zamanla Yaxın Şərq layihəsinin icra edilməsi müddəti ərzində amerikalılar bütün vasitələrini itirməyə başladılar. Bu gün bölgədə tam yeni görünüşə sahibik. Rusiyanın Türkiyə ordusunun Afrindəki əməliyyatlarını qəbul etməsi onun Avrasiya geosiyasətinə bağlıdır. Bu əməliyyat kürdlərə qarşı deyil. Bu əməliyyatın hədəfi ABŞ-ın bölgədəki planlarıdır. Türkiyə və Rusiya arasında Şimali Suriyada Amerikanın varlığına qarşı hərəkət etmə məsələsində bir növ razılaşma da var. Əsas məqsəd budur.

Dolayısı yolla kürdlər mövqelərini təkrar dəyərləndirməlidirlər. Amerikanın onlara verdiyi dövlət vədinə inanmaları xəta idi. İndi isə onlar vəziyyətlərini addım-addım nəzərdən keçirirlər, amma artıq çox gecdir”.

Duqinin fikrincə, Türkiyənin artıq NATO-dan ayrılmaq vaxtı çatıb:

“Bu əməliyyat Türkiyə siyasi tarixində çox uzun davam edən bir dövrün sonu deməkdir. İndi Türkiyənin ABŞ-la strateji ittifaqı pozmaq vaxtı çatıb. NATO-nun bir parçası olaraq siz amerikalılarla savaşa bilməzsiniz. İncirlikdəki ABŞ bazasının varlığı gündəmə gəlməlidir. Türkiyənin NATO-dan çıxmaq perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq.

Suriyadakı vəziyyət isə tamam ayrıdır. Türkiyənin Menbiçdəki addımlarından sonra ABŞ-la Türkiyə birlikləri arasında toqquşmanın olacağını düşünmürəm. Lakin ABŞ bundan sonra ciddi addım atacaq. Artıq Türkiyənin NATO-dan çıxması gündəmə gələcək. Son bir neçə gündə geri dönüşü olmayan addımlar atıldı. ABŞ reaksiyasını tez verəcək. Bunun savaş olacağını düşünmürəm, amma çox ciddi addım olacaq. Çox dramatik vəziyyətlə qarşılaşmaya hazır olmalıyıq. Bir-birimizə bağlılıq göstərməliyik. ABŞ tapa biləcəyi hər vasitə ilə Rusiya, Türkiyə, İran və Suriya arasındakı ittifaqı pozmağa çalışacaq. Ona görə ki, amerikalılar üçün tək həll yüksələn geosiyasi üçbucağı (Rusiya-Türkiyə-İran) yox etməkdir. Bizə qarşı provokasiyalar gerçəkləşdirəcəklər”.Axar.az

BIR CAVAB BURAXIN