Rusiyadan qorxan ölkələr NATO-ya üzv olurlar

0
734

Finlandiya Rusiyadan qorxmur.

Arazinfo.com Azadinform-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Timo Soyni mətbuata məlumat verib: “Biz Rusiyadan qorxmuruq. Onlar bunu bilirlər və hörmətlə yanaşırlar. Rusiyada baş verənlər vacibdir, amma bu bizim siyasətimizi müəyyənləşdirmir”.

O, Helsinkinin bu günə kimi NATO-ya qoşulmama səbəbini də açıqlayıb. Baltikyanı ölkələrdən yalnız iki dövlət Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmayıb – İsveç və Finlandiya.

Fin nazirinin sözlərinə görə buna səbəb Rusiyadır: “Hansı dövlət NATO üzvlüyünü dəstəkləyirsə, bunu yalnız Rusiyanın qorxusundan edir. Üzv olmaq istəməyənlər isə Rusiya ilə mövcud münasibətlərinin yaxşı olduğuna inananlardır”, – deyə Soyni bildirib.

Daha əvvəl isə Finlandiyanın baş naziri ölkəsinin NATO-ya üzv olması məsələsinin aktual olmadığını bildirib.

24.01.2018 11:16 / Baxılıb: 19 / Çap

BIR CAVAB BURAXIN