Hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.
Həmzəyeva Maral Oktay qızı evinə gedərkən naməlum soyğunçu ona məxsus əl çantasını götürərək qaçıb.
Zərərçəkən qadın ərazi üzrə 36-cı polis bölməsinə müraciət edib və ərizəsində göstərib ki, aparılan çantada Bakı metropoliteninə məxsus xidməti vəsiqəsi və xeyli miqdarda pul olub.
Hazırda naməlum soyğunçunun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Ölke.az