Türkiyə ilə Aİ arasında münasibətlər müzakirə ediləcək

0
735

Martın sonunda Avropa İttifaqı və Türkiyə  arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. Arazinfo.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Welt” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib. Nəşrə görə, Brüssel Ankara ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Sammitin əsas müzakirə mövzusunu beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika  və təhsil məsələləri təşkil edəcək.

Məlumata görə, tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin başçısı Antonio Tayani və Bolqarıstanın baş naziri Boyko Borisov qatılacaq.

Qeyd edək ki, yanvarın 1-dən rotasiya qaydasına uyğun olaraq Bolqarıstan Avropa İttifaqı Şurasının sədri olub.

 

BIR CAVAB BURAXIN