Donald Tramp özünü Stalin kimi aparır

0
646

“ABŞ prezidenti Donald Tramp özünü sovet diktatoru Stalin kimi aparır”.

Bu sözlər ABŞ senatoru Ceff Fleyk tərəfindən səsləndirilib.

Senator Fleyk Senatın bir həftədən sonra keçiriləcək sessiyalarından birində Ağ Ev rəhbərini “Stalinizm”də ittiham etməyə hazırlaşır.
Fleyki qəzəbləndirən Donald Trampın öz tvitter hesabında liberal mətbuatı “xalq düşməni” adlandırması olub.

Bu termin Arizonadan olan senatora ABŞ prezidentini Stalinlə müqayisə etməsinə kifayət edib.

“Hakimiyyət əldə etmiş insan xoşuna gəlməyən mətbuatı saga-sola “feyk (saxta) xəbərlər yaymaqda” ittiham edərkən hamı diqqətini mətbuata deyil, məhz bu adama yönəltməlidir”, – Fleyk qeyd edib.

Qeyd olunur ki özünün tvitter səhifisndə Donald Tramp “The New York Times”, NBC, ABC, CBS və CNN kim iri media qurumlarını “yalan xəbərlər” yaymaqda suçlayaraq, onları yalnız özünün şəxsi deyil, “xalqın da düşməni “adlandırmışdı.

“Cənab prezident, sizcə, öz dövlət başçımızın İosif Stalinin düşmənlərini damğaladığı sözlərdən istifadə etməsi ölkəmizdəki demokratiyanı necə xarakterizə edə bilər”, – mətbuat Fleykin Senatda edəcəyi çıxışından sitat gətirib.

Senator nitqində hətta “Nikita Xruşşovun belə bu sözdən istifadə etməkdən boyun qaçıraraq, Sovet İittifaqı Kommunist Partiyasının toplantılarında Stalinin eyni ifadəni öz fikri ilə razılaşmayan insanları kültəvi surətdə yox etmək məqsədilə işlətdiyini söylədiyini” xatırladır.
Bundan başqa, C. Fleyk təkcə Trampı deyil, Senatdakı digər respublikaçıları da utandırmaq niyyətindədir.

Belə ki, Ceff Fleyk özü bu partiydan olmasına rəğmən Donald Trampa qarşı qatı müxalifətdə olan qanunvericilərdən sayılır.

Fleyki ən çox əsəbiləşdirən xüsuslardan digəri ABŞ prezidentinin öz tvitter səhifəsində “Fake News Awards”, yəni “Yalan xəbərlərrə görə mükafat” rubrikasını təsis etməsi ilə bağlı olub. D.Tramp bu mükafatın əsas lauretları olaraq ölkənin ən korrupsiyalaşmış və qeyri-obyektiv (biased-qərəzli) mətbuatın təmsil etdiyini bildirib.

Senator Fleyk nitqində Trampın mətbuata olan hücumlarını “görünməmiş” və “əsassız” adıandıraraq, 2017-ci ildən bu yana insanların məhz mətbuat sayəsində obyektiv, empirik və sübutlara dayanan həqiqəti gördüyünü bildirib. Respublikaçı siyasətçinin sözlərinə görə, bu həqiqət Birləşmiş Ştatlar tarixində ən iyrənc və vicdansız dövrdə üzə çıxıb. Bunun əsas günahkarı isə ABŞ hökumətinin ən qüdrətli siması, yəni prezidentdir.

Fleyk Donald Trampqa qarşı ilk dəfə danışmır. 2017-ci ilin oktyabrın 24-də o, Ağ Ev rəhbərini “ağılsız, təhqiramiz və ləyaqətsiz davranış sərgiləməkdə” təqsirləndirmişdi.

Müşahidəçilər arizonalı senatorun öz hisslərini emosional dərəcədə dilə gətirməsinə əsas səbəb olaraq onun növbəti seçkilərdə onsuz da namizədliyini irəli sürməyəcəyi ilə əlaqələndirirlər.

Bu səbəbdən Fleykin Senatdakı çıxışını obstruksiya , yəni boşboğazlıq adlandıranlar da tapılıb.

ABŞ-ın liberal mətbuatı isə respublikaçı senatorun nitqini xüsusi şövqlə qarşılayır. Trampın mühafizəkar partiydaşları isə öz çıxışlarında daha təmkinli davranmağa üstünlük verirlər. Çünki nə dərəcədə qeyri-populyar sayılsa belə, ABŞ elektoratı dövlət başçısına, özü də eyni partiyadan olanların öz rəhbərinə bu cür yanaşılmasından xoşlanmır.

Musavat.com

BIR CAVAB BURAXIN