Misirdə Mənufiyə əyalətinin qubernatoru Hişam Abdel Baset və bir qrup sahibkar korrupsiyada ittiham olunaraq saxlanılıb.
Saxlanılmaya səbəb əyalət rəhbərinin sahibkarlardan birinə qeyri-qanuni şəkildə torpaq sahəsi verməsi olub. Araşdırma zamanı qubernator tərəfindən törədilmiş digər korrupsiya cinayətləri ifşa edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. APA