İkinci Sevr: Türkiyə bölünəcək, Ermənistan bölgəsi ayrılacaq… – ŞOK PLAN

0
774

“Hərbi çevriliş cəhdi uğurlu olsaydı, yüz minlərlə insan həbsə atılacaq, minlərlə insan həyatını itirəcəkdi. Bu xaosdan faydalanan beynəlxalq cəmiyyət bizə ikinci bir Sevr müqaviləsini imzalamağa məcbur edəcəkdi. Türkiyə bölünəcək, Ermənistan, kürd bölgəsi ayrılacaq, ölkə işğal altına girəcəkdi”.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Əhməd Zeki Üçok deyib.

 

“O gecə kimin hansı tərəfdə olduğu müəyyən edilməlidir. Əks halda, bu çevriliş cəhdini analiz edə bilməzsiniz. Orduda hələ də FETÖ-çular var. Təhlükə hələ keçməyib. Parlamenti yenə də bombalaya bilərlər”, – o, bildirib.

 

O, son 10 ildə 50 minə yaxın FETÖ (Fəthullahçı Terror Təşkilatı) üzvünün orduya qatıldığını qeyd edib.

 

Qeyd edək ki, Sevr müqaviləsi 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) müttəfiq dövlətlər və Türkiyə arasında bağlanan sülh müqaviləsidir. Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul edir, Hicaz və Yəmənin müstəqilliyini tanıyır, Kürdüstana muxtariyyət verir (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana verirdi. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müəddalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmilləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazı və Mərmərə dənizinə şamil olunurdu.

 

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti Vudro Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni “Vilson Ermənistanı” adlandırırdılar.

 

Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina edir.

BIR CAVAB BURAXIN