Adibekyan: “İşğal olunmuş torpaqlar 150 min erməninin nəyinə gərəkdir?”

0
597

“Qarabağın 150 min nəfərlik əhalisinin bu cür nəhəng, 12 min kvadrat kilometrlik ərazi nəyinə lazımdır, bununla nə edəcəklər?”, – “Sosiometr” mərkəzinin direktoru bu gün belə bir sualla çıxış edib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Aaron Adibekyanı bəzən “Ermənistanın baş sosioloqu” da adlandırırlar.

A.Adibekyan bu bəyanatını son bir neçə il ərzində Dağlıq Qarabağ əhalisi arasında işğal olunmuş torpaqların qaytarılması ilə bağlı fikirlərinin öyrənilməsi üçün keçirilmiş sorğuların nəticələrini təqdim edərkən verib.

BIR CAVAB BURAXIN