Azərbaycana casusluq edən ermənilərə hökm oxundu

0
650

Ermənistanda bu gün Azərbaycan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməkdə ittiham olunan 3 nəfərin məhkəmə prosesi keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanın Nork-Maraş məhkəməsinin qərarı ilə Rafik Papoyan və Karine Qumaşyan dövlətə xəyanət maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 14 və 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işində şübhəli bilinən Sergey Papoyan isə bəraət qazanıb.
Cinayət işinin materiallarına əsasən, Sergey Papoyan Türkiyədə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
O, pul qarşılığında Dağlıq Qarabağdakı hərbi obyektlər barədə Azərbaycan tərəfinə məlumatlar ötürüb. Sonradan bu işə oğlu Sergey Papoyanı və Karien Qumaşyanı da cəlb edib.

BIR CAVAB BURAXIN