Türkiyənin TV8 kanalında yayımlanan “Gəl danışaq” proqramına telefonla qoşulan müğənni Bülənd Ərsoy etiraf edib.
Teleqraf.com xarici mediaya istinadala xəbər verir ki, 65 yaşlı müğənni tez-tez zənginliyi ilə gündəmə gəlməsindən söz açıb: “Bütün var-dövlətimi, sərvətimi dövlətə bağışlayacağam”.
Ərsoy əvvəlki gün geyindiyi sarı paltarın, sırğa, çanta, eynəyin ümumi dəyərinin 125 min türk lirəsi olduğu iddiası haqqında danışarkən bilidirb ki, onun qiymətini nəyə görə yazıblar, anlamır: “Heç vaxt pul söhbəti etmirəm, mənə yaraşır-yaraşmır, ona baxıram”.