“Stalin repressiyalarının bir çoxu əsaslı olub”

0
792

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, general Aleksandr Bortnikov bəyan edib ki, 30-cu illərdə SSRİ-də baş vermiş siyasi repressiyaların bir çoxu əsaslı olub.  

“Rossiyskaya Qazeta”ya verdiyi geniş müsahibəsində FTX rəhbəri bir çox məsələlərlə yanaşı NKVD əməkdaşlarının 30-cu illərdə Stalin repressiyaları zamanı fəaliyyətinə toxunub. Jurnalistin“ Bu “təmziləmələrin” real subut bazası olubmu?” sualına FTX direktorunu cavabını sensasiyalı saymaq olar:“Bir çoxlarında həmin dövr saxta ittihamlarla kütləvi həbslər ili kimi assosiyasiya olunsa da arxiv materialları bu cinayət işlərinin əhəmiyyətli hissəsinin obyektiv əsasları olduğunu subut edir”. Bortnikovun sözlərinə görə, Trotskinin tərəfdarlarının Stalini devirmək və ya hətta öldürmək planları, o cümlədən xarici kəşfiyyat agentləri ilə əlaqələri  uydurma deyil. Bundan başqa həmin cinayət işlərində adı keçənlərin əksəriyyəti korrupsiyaya bulaşmş, özbaşınalıq  etmiş partiya nomenklaturasının, hüquq –mühafizə orqanlarının rəhbərləri olub: “Bununla yanaşı mən heç kimi təmizə çıxarmağa çalışmıram. Bu prosesdə konkret cinayət törətmiş çekistlərin adları məlumdur. Onların bir çoxu Yejovun həbsindən və güllələnməsindən sonra cəzalandırılıblar. Onların üzərində həmçinin tarixin məhkəməsi baş tutub: 1950-ci və 1980-ci ilərin sonlarında repressiya qurbanlarının kütləvi reablitasiyası prosesi zamanı bu çekistlər haqqında hökm dəyişdirilməyib və onlara bəraət verilməyib”.

A.Bortnikov 30-cu illərdə repressiyaya məruz qalmış şəxslərin sayını da açıqlayıb.  Onun sözlərinə görə, hələ 80-ci illərin sonunda SSRİ DİN tərəfindən 1954-cü ildə verilmiş, əksinqilabi fəaliyyət, quldurluq, hərbi casusluq və  dövləti cinayətlərə görə məhkum edilmiş şəxslərin sayı əks olunan arayışı üzərindən məxfilik götürülüb: “1921-53-cü illərdə 4 milyon 60 min 306 nəfər bu ittiham üzrə həbs olunub. Onlardan 642 min 980 nəfəri güllələnmə cəzası alıb, 765 min 180 nəfər sürgün edilib. Başqa digər rəqəmlər diskussiya xarakterlidir”.

Qeyd edək ki, Rusiyada 2015-ci ildə siyasi repressiya qurbanlarının xatirəsini əbədiləşdirmək üçün dövlət Konsepsiyası qəbul edilib. Bu sənədə görə, dövlət “milyonlarıa insanı həyatdan mərhum etmiş, QULAQ düşərglərində salmış, əmlakdan məhrum etmiş” kütləvi repressiya faktını rəsmən tanıyıb. Strateq.az

BIR CAVAB BURAXIN