Pişik Dəmir Yolu Vağzalını işıqsız qoydu

0
649

 


Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.

Arazinfo.com-un məlumatina görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub:

“Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb”.

S.Qədirova bildirib ki, hadisə nəticəsində Bakı Dəmir Yolu Vağzalında təxminən 15 dəqiqə elektrik enerjisi olmayıb: “Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub, problem yoxdur”.

 

BIR CAVAB BURAXIN