Əgər Azərbaycan müharibə elan etmək istəsə, bunun qarşısını almaq olmayacaq.
Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.
“Əgər Azərbaycan müharibəni başlamağa qərar versə, o zaman hansı formada müharibənin başlanması faktının qarşısını almaq olacaq? Hücumun qarşısını almaq başqa məsələdir, amma Azərbaycanın istəyəcəyi təqdirdə müharibənin başlanmasının qarşısını almaq mümkün olmayacaq.
Qarabağdakı erməni ordusu barədə dəqiq informasiya yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ informasiya baxımından çox qapalıdır. Belə ki, Dağlıq Qarabağ tanınmamış ərazidir”, – deyə o bildirib.
O, həmçinin, müharibənin başlayacağı təqdirdə Azərbaycan və Ermənistan ordularının mövqeləri barədə danışıb:
“Erməni ordusu döyüş mövqeləri baxımından güclənib. Buna səbəb isə son illər Rusiyadan aldığı silahlardır. Bu, tərəflər arasındakı disbalansı aradan qaldırıb. Azərbaycan ordusu isə daha güclü silahlanıb. Onun özəlliklə, səmada böyük üstünlüyü var”.Axar.az