Bacısı Fədayə Laçınla bağlı qaranlıq məqamlara aydınlıq gətirdi

0
646

Həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda Baku.ws saytına müsahibə verib.
Arazinfo.com Baku.ws-ə istinadən müsahibəni təqdim edir:
– Fədayə xanımın azadlığa çıxacağına inanırsınız?
– Fədayə xanımın azadlığa çıxmasını anasından sonra ən çox istəyən ikinci insan mənəm. O bacımdır. Onun ciyərini bilirəm. Bunu qanunlarımız göstərəcək. Günahı varsa, həbs olunacaq, yoxdursa, azadlığa buraxılacaq. Əgər o, günahkar olsa idi, elə birinci dəfə dindirilməyə çağrılanda qaçıb gedərdi. Hüquq mühafizə orqanları tərəfindən 3 dəfə polis idarəsinə çağrılıb və 3-cü dəfə saxlanılıb.
– Axırıncı dəfə Fədayə xanımla nə vaxt görüşmüsünüz? 
– Oktyabrın 10-da.
– Bəs indi görüşünə gedirsiniz?
– Yox, getmirik. Qanun icazə verdiyi çərçivədə həftədə 2 dəfə 10 dəqiqə telefonla danışırıq.
– Fədaya xanımın görüşünə getməməyinizin xüsusi bir səbəbi var?
– Yox, yoxdur. Sadəcə, Fədayə xanım özü istəmir ki, onun görüşünə gedək.
– Saytlar Fədayə xanımla bağlı bir çox xəbərlər yayırlar. Yəqin ki, bacısı kimi bu informasiyalar sizi də narahat edir…
– Əlbəttə, haqq-ədalət bərpa olunandan sonra ağzına gələni yazan jurnalistlər, media qurumları ilə hüquqi müstəvidə danışacağıq. O saytların və ya jurnalistlərin əlimizdə siyahısı da var. Hamısını arixivimizdə saxlayırıq. İstər mənim şəxsi vəkilim, istərsə də Fədayənin vəkili bu işlə məşğul olacaq. Qoyun, haqq-ədalət bərpa olunsun. Həmin jurnalistlər və media qurumları qərəzli, vicdanlı olmayan yazılar yazdığına görə qanun qarşısında cavab verməli olacaqlar.
– Fədayə xanımın istedadlı böyük bir oğlu var. Anasının müvəqqəti olaraq nəzarətə götürülməsi ona necə təsir edir? Azadlığa çıxacağına o da inanır?
– Bəli, o da inanır ki, haqq-ədalət öz yerini tutacaq. Nəinki o, mən də. Ümumiyyətlə, biz 4 bacı və 4 nəvə hamımız hər şeyin öz yerini alacağına inanırıq. Çünki dövlətimizə və onun qanunlarına inanırıq. Bura dağ başı deyil ki?!
– Yəni siz hesab edirsiniz ki, “Qoca” ləqəbli avtoriter Etibar Məmmədovun qaçırılmasında Fədayə xanım təqsirsizdir?
– Hazırda istintaq gedir. İstintaqın gedişinə görə üçüncü bir şəxsin danışmasına qanun çərçivəsində icazə yoxdur. Bu, istintaqın gedişatına ziddir. Ona görə də öz düşündüklərimi deyə bilməyəcəyəm.
– Bəs yaxşı “Qoca” ləqəbli avtoriter Etibar Məmmədovun qaçırılmasına görə Fədayə xanımı qurban hesab etmək olar?
– İstintaq davam edir. Həyatdır, insanın başına hər şey gəlir. İstintaq bitsin, verdiyiniz sualların cavabını o zaman biləcəksiziniz. Yıxılana balta vuran çox olar.
– “Qoca” dünyasını dəyişəndən və Fədayə xanım da həbs olunandan sonra onların birlikdə şəkilləri, videoları yayıldı. Bu görüntülərə belə ad qoydular ki, “Qoca” ilə Fədayə Laçın sevgili olublar. Əslində, bu, belə olmaya da bilər, məsələn, dost ola bilərlər, pərəstişkarı ola bilər. Bəs siz necə düşünürsünüz, “Qoca” ilə Fədayə Laçın sevgili olublar?
– Bu barədə danışmaq istəmirəm. Fədayə özü azadlığa çıxsın, bununla bağlı özü danışacaq. Heç kim kiminsə şəxsi həyatına müdaxilə etmək ixtiyarında deyil. Nə olsun ki, bacımdır? Heç nə deyə bilmərəm. Bu adam bir gün azadlığa çıxacaq, ya yox? Sevgili olub-olmadığı barədə də özü deyəcək.
– Bir də sonuncu dəfə vəkili Fədayə xanımın hepatit xəstəsi olduğu ilə bağlı danışmışdı. Bu olaydan sonra xəstə oldu, ya elə hepatit xəstəsi idi?
– Fədayə xanım 4-5 il bundan öncə Hipatit B-yə tutulub. Yəni müvvəqəti göz altına alınandan sonra bu xəstəliyə tutulmayıb. Bu xəstəlik onda var idi.
– Bir də deyirlər ki, Fədayə xanım narkotik istifadəçisi olub və ya digər qaranlıq işlərlə məşğul imiş…
– Çox söz deyirlər, o günü də yazmışdılar ki, Fədayə xanım ölüb. İntihar edib. Nə olsun?
– Xəstəliyi ilə bağlı hansı güzəştləri istərdiniz?
– Biz istərdik ki, qanun çərçivəsində ev dustaqlığına alınsın. Çünki Fədayənin indiki durumu həbsxana şəraitinə uyğun deyil. Evdə olsa, xəstəliyini daha yaxşı müalicə edərik.

BIR CAVAB BURAXIN