Bu gün saat 11.50 radələrində Neft Daşlarında SOCAR-ın iki əməkdaşı arasında dava olub.
Bu barədə SOCAR-ın özü məumat yayıb.
Bildirilib ki, “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib:
“Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. Aldığı xəsarətdən Azər Xalıqov hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır”. Strateq.az