Deputat yenə qiymət artımından danışdı

0
575

“Neftin qiymətində artım olarsa, dövlətin büdcəsinə əlavə vəsait daxil olarsa işığın qiymətində artım olmayacaq”.

Bu sözləri aznews.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, işığın qiymətində artımın olub-olmayacağı barədə bəri başdan fikir söyləmək çətindir: ““Azərişıq” son zamanlar Azərbaycanın rayonlarında böyük işlər aparır. Həm elektrik xətlərini, həm də köhnə elektrik stansiyalarını tamamilə dəyişib yenisi ilə əvəzləyirlər. Külli miqdarda vəsait xərcləyirlər. Ona görə də Asiya İnkişaf Bankı bu sahə ilə müqavilə bağlayıb və kredit ayırıb. Əlbəttə, kreditin şərtləri var, kreditləri vaxtında ödəmək lazımdır. Bu yaxınlarda elektrik enerjisinin qiymətində bir qəpik artım oldu. Bu ona görədir ki, alınmış krediti vaxtında ödəyəsən”.

Deputatın fikrincə, bütün məhsulların maya dəyəri elektrik enerjisinin qiymətindən asılıdır: “İşığın qiymətinin qalxması birbaşa məhsulların qymətinə təsir edəcək. İstər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarına mütləq təsir edəcək. Düzdür, indi bir qəpik o qədər də əhəmiyyət kəsb eləmir, amma işığın qiymətinin bazar qiymətlərinə müəyyən təsiri var”.

BIR CAVAB BURAXIN