Məşhur türk rejissor vəhşicəsinə öldürüldü

0
561

ATV ekranlarında yayınlanan “Kanatsız Kuşlar” serialı, “Çanakkale yolun sonu”, “Garip bir cinayet” kimi 49 filmin müəllifi, rejissor Mustafa Kemal Uzun qətlə yetirilib. 

Arazinfo.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 58 yaşlı məşhur Şilədəki evində başından beyzbol çubuğu ilə vurulub və bıçaqlanıb.

M. Kemalı öldürən O.A polis tərəfindən saxlanılaraq həbs edilib. Cinayəti törədən şəxs rejissorun bir serialında kiçik aldığını bildirib və hadisənin təfərrüatını danışıb:

“Mustafa Kemal Uzunun rejissorluq etdiyi serialda rol almışam. Dünən Mecidiyeköydə bir kafedə onunla görüşdük, söhbət etdik. Daha sonra Şile ərazisinə getdik, çay içdik. Bir balıq restoranında yemək yedik, onun evinə gedərək içki içdik. Söhbət zamanı dava çıxdı, əsəbiləşdim və bıçaqladım. Başına beyzbol çubuğu ilə vurdum. Telefonunu, pul qabını və maşının özümlə apardım. Bir taksi dayanacağında maşını qoydum, avtobusa minərək uzaqlaşmaq istədim”.

BIR CAVAB BURAXIN