Çərşənbə axşamı, Dekabr 24, 2024
Ev Gündəm İradə ilə Günay arasında savaş: “Ərinlə kiməsə acıq vermə, sus”

İradə ilə Günay arasında savaş: “Ərinlə kiməsə acıq vermə, sus”

0
703
İradə ilə Günay arasında savaş: "Ərinlə kiməsə acıq vermə, sus"

Müğənnilər İradə İbrahimova ilə Günay İbrahimli arasında qalmaqal yaşanıb.

Arazinfo.com-un Axşam.az-a istinadən məlumatına görə, Günay bir müddət əvvəl İbrahimovanı Azərbaycan şou-biznesində görmədiyini demişdi. Onun bu sözləri İradənin xoşuna gəlməyib.

İradə “ATV maqazin onlarla” proqramında qarşı tərəfin ünvanına sərt sözlər deyib:

“Bu mahnını bəyənmədim ( red: “Ürəyimin qatili”). Bir neçə bəstənin yığması kimi mənə gəldi. Elə bil plagiatdır. Münasibətimiz yoxdur, səhnədə izlədiyim müğənnidir. Bir vaxtlar özünü mənə bənzətdi, elə başladı. Amma gördü ki, yox, bununla bir yerə gedə bilməz. Bu yerin sahibi var. Səs rəngini bəyənirəm. Amma özünü heç kəsə oxşatmasın. Bir az da Röyaya oxşadıram. Ona sual vermişdilər ki, İradəni Türkiyədə tanıyırlar? Günay demişdi ki, yox. Mən də etiraf etmişəm ki, Türkiyədə tanınmıram. Məni bir Cem Yılmaz tanıyır. Bu da bəsimdir. Cem Yılmazı da hamı tanıyır. İnşallah, məni yox, Günayı tanıyarlar.  Mən Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Çünki iki övladım var. Əvvəlki tepmdə çalışa bilmirəm. Və mənim ailəm var… İnşallah, ona da qismət olsun”.

İradənin bu sözləri cavabsız qalmayıb. Günay ad çəkmədən sosial şəbəkədə İbrahimovanın cavabını verib. Günay bildirib ki, həmkarı ailəsi ilə özünü reklam edir:

“İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun!”.

BIR CAVAB BURAXIN