İŞİD terror qruplaşması Rusiyaya qarşı cihada başlamağa çağırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, YouTube-da yerləşdirilən 9 dəqiqəlik videogörüntüdə silahlılar rusiyalıları hədələyib, prezidentVladimir Putinə isə xəbərdarlıq edərək müsəlmanları Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.
Ekspertlər videogörüntülərin mənşəyini hələ ki, müəyyən etməyiblər.