İrəvanda etirazçılar prezident administrasiyası qarşısında qalmağı qərara alıblar

0
619

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının iştirakçıları Bağramyan prospektində qalmağı qərara alıblar.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar Bağramyan prospektində “qələbə çalanadək” qalacaqlarını vəd edirlər. Onlar bütün irəvanlıları aksiyaya qatılmağa çağırıblar.

 

Polis qüvvələri etirazçıların irəliləməsinə mane olmaq üçün Bağramyan prospektində yerləşən Konstitusiya Məhkəməsi, prezident administrasiyasıvə parlament binalarının yaxınlığında “canlı sədd” və “tikanlı” məftillərdən maneələr yaradıblar.

BIR CAVAB BURAXIN