Tarixçi deputat “Bloomberg TV Bulgaria” telekanalında Qarabağdan danışdı – VİDEO

0
1550


“Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri – Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər”.
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.
“İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, 3 böyük dövlət – Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir”, – deyə Yaqub Mahmudov qeyd edib.
Deputat bildirib: “Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur. Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Bizim enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tiflis-Qars dəmiryolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.

BIR CAVAB BURAXIN