Deputatdan önəmli çağırış: İçərimizdəki xainlər…

0
668

Millət vəkili Qənirə Paşayeva Elazığ vilayətində keçirilən “15 İyul və Vətən” adlı konfransa qatılıb.

Millət vəkili konfransada Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti və Qərbin ikili standartları mövzusunda geniş məruzə ilə çıxış edib.

Qərbin Azərbaycan, Türkiyə və müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini vurğulayıb:

“Bu gün BMT başda olmaqla, beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün işğalçıya heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.

Q.Paşayeva qeyd edib ki, Qərbin ikili standartları Xocalı Soyqırmına yanaşmada da özünü göstərir:

“100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstəririr. Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək verməməsi ən böyük ikili standartdır. Avropada islamafobiyanın artması ciddi narahatçılıq doğurur. Beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik.

Bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər. Bu məsələyə ciddi diqqət yetirilməlidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür. Türk gəncliyi tariximizə sahib çıxmalı sosial mediada qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə aparmalı və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərini artırılmalıdır”. Axar.az

BIR CAVAB BURAXIN