Solaxay olmaq uzun illər müalicəsi vacib olan xəstəlik kimi qəbul edilirdi. Lakin alimlər artıq fərqli fikirlər səsləndirirlər.
Arazinfo.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Almaniyanın Oldenburq Universitetinin araşdırması masa tennisi, kriket kimi zamanlamanın vacib olduğu oyunlarda solaxayların daha uğurlu olduğunu ortaya çıxarıb.
Solaxay olmağın üstünlükləri
Araşdırmalara görə, ən yaxşı kriket atıcılarının 20, beyzbol atıcılarının 30-35%-i sol əlindən istifadə edir. Sağ əlindən istifadə edənlər qarşı tərəfin sağ əllə cavab verməsinə öyrəşdiyi üçün sol əllə edilən atışlara qarşılıq verməkdə çətinlik çəkirlər.
Barak Obama, Ronald Reyqan, Bill Klinton kimi ABŞ prezidentiləri solaxay olub. Siyasət, riyaziyyat kimi sahələrdə solaxaylar üstünlük təşkil edir. Səbəb kimi sol əlini istifadə edənlərin beyninin sağ yarımkürəsinin daha yaxşı işləməsi barədə iddia göstərilir. Nobel mükafatının sahiblərinin 20%-ni solaxaylar təşkil edir.
Sağ əlindən daha çox istifadə edənlər növbələrdə sağda dayanmağa meyilli olurlar və buna görə də solda gözləyən insanların sayı azalır və solaxaylar növbə zamanı daha az vaxt itkisinə nail olurlar.
Solaxaylar video oyunlarında daha uğurludurlar. Sağ əlindən istifadəyə üstünlük verənlərlə müqayisədə solaxaylar informasiyanı daha sürətlə qəbul edə və addım ata bilirlər.
Modellik solaxaylar üçün daha rahat və əlverişli hesab edilir. Bu insanlar üçün podiumda sola dönərək geri qayıtmaq daha rahatdır.