Cibindəki son 20 dolları xərclədi, əvəzində 110 min dollar qazandı  

0
643

ABŞ-da magistral yolda avtomobilinin benzini qurtaran bir qadına küçələrdə yaşayan, evsiz adam kömək edib.
Kate Klure adlı qadın magistral yola girdiyində avtomobilinin benzin işığının yandığını görüb. Avtomobildəki benzinlə evinə qədər gedə biləcəyini düşünən qadın yoluna davam edib. Ancaq avtomobildə yaranan nasazlıq səbəbindən benzin bitdiyindən qadın kimsəsiz bir yerdə qalıb. Maşınından düşüb ən yaxın yanacaqdoldurma məntəqəsinə getməyə başlayan qadının qarşısına küçələrdə yaşayan, evsiz bir adam çıxıb. Qadına avtomobilinin qapısını bağlayaraq onu gözləməyi məsləhət bilən Coni Bobit bir müddət sonra əlində bir balon benzinlə həmin yerə qayıdıb. Cibindəki son pulu olan 20 dollara qadına benzin alıb gətirən Bobit onu həm təəccübləndirib, həm də duyğulandırıb. Nağd pulu olmadığından evsiz adamın pulunu verə bilmədiyini bildirən qadın mətbuata açıqlamasında deyib ki, zatən o da məndən pulunu tələb etmədi.
Həmin adama təşəkkür edərək oradan ayrılan qadın ertəsi gün Bobiti taparaq ona olan borcunu ödəyib və küçələrdə yaşayan bu adama isti paltarlar alıb. Cibindəki son pulunu köməyə ehtiyacı olan biri üçün xərcləyən Bobit qadını çox duyğulandırıb və o, bu evsiz insana kömək etmək üçün yollar axtarıb. Başına gələn hadisəni internet vasitəsilə yayımlayan Klurenin kimsəsizlərə yardım edən bir dərnəyin internet saytına göndərdiyi yazı çox bəyənilib və gənc qadın 34 yaşındakı evsiz adam üçün tam 110 min dollar toplaya bilib. Klure toplanan vəsaitlə həmin adama bir ev kirayələməyi düşünür.
Bu adamın cibindəki son pulunu yardıma ehtiyacı olan biri üçün xərcləməsi hər kəsin diqqətini cəlb edib. Bu kampaniyaya olan maraq getdikcə artır.

BIR CAVAB BURAXIN