Kreml Luqanskda stabilliyin qorunmasında maraqlıdır.
Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya “Stratfor” şirkətinin hazırladığı məqalədə yer alıb.
“Lakin Moskva üçün önəmli olan digər məqam da var. Kreml bölgədə vəziyyəti gərginləşdirib, Rusiyanın bu separatçı rejimi birbaşa dəstəkləmədiyi və konfliktdə rolu olmadığı haqqında görüntü yaratmaq istəyir. Lakin Kremlin situasiyanın daha da dərinləşməsinə izn verəcəyi az inandırıcı görünür. Moskva imkan verməyəcək ki, separatçılar arasındakı münaqişə bu bölgədə onun nəzarət imkanlarını zəiflətsin”, – məqalədə bildirib.