ABŞ-dan Üzeyir bәyә mәktub: “Ermәnilәr sәnin hesabına…”

0
698

1915-ci ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Eriksyanın teatrında erməni dilində ilk tamaşası olur.

Arazinfo.com Teleqraf.com-a istinadən xәbәr verir ki, bu haqda jurnalist Cәmil Mәmmәdli öz Feysbuk hesabında A.Hacıyevanın “Как украли Аршин мал алан” (“Arşın mal alanı necә oğurladılar”) kitabından verdiyi sitatda qeyd edib.

Cәmil Mәmmәdli yazır: “Tamaşanın uğurlu olmasının səbəbi o olur ki, Ü.Hacıbəyovun yaradıcılığına Maqalyanla yanaşı, digər mədəniyyət işbazları – Q.Pumyan, S.Torosyan, İ.Voskasyan, A.Aremenyan da bu barədə müraciət edirlər.
1916-cı ildən ermənilər afişalarda Ü.Hacıbəyovun adını “unutmağa” başlayırlar. İlk dəfə belə hadisə erməni truppasının Vladiqafqaza səfəri zamanı baş verir.

Ü.Hacıbəyov özünün operettasının erməni plagiatlar tərəfindən mənimsənildiyini gördükdə qəzetdə elan dərc etdirməyə məcbur olmuş, “Aşıq Qərib” operası və “Arşın mal alan” operettası müəllifliyinin hüquqlarının qorunması naminə Qafqazdakı, Türküstan, Həştərxan, və azərbaycandakı bütün yerli fəalları ona köməklik göstərməyə çağırmışdır. Görkəmli bəstəkar Müslim Maqomayev (M.Maqomayevin babası) 1919-cu il, fevralın 8-də “Azərbaycan” qəzetində yazır:

“….Vladiqafqazda bütün afişalarda “Arşın mal alan” tamaşasının müəllifi olan Üzeyir bəyin adı göstərilməmişdir. Bir erməni incəsənət xadimi mənə sübut etməyə çalışırdı ki, guya “Arşın mal alan” qədim dövrlərdə ermənilər tərəfindən yazılmışdır…Bu rüsvayçılığa son qoymağın vaxtı daha çatmışdır”.

Bu barədə 1924-cü ildə Üzeyir Hacıbəyov Nyu-Yorkdan violençelçi, professor Okorkovdan məktub alır. Məktubda deyilir: “… “Arşın mal alan” burada hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyyətә malikdir. Mənə aydın olmayan Maqalyan adlı birisi bu operettanı özününki kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır. Maqalyan o qədər varlanıb ki, özünə böyük bir imarət tikdirib və onun frontonunda iri hərflərlə “Arşın mal alan” sözlərini yazdırıb. Sizin müəlliflik hüquqlarınızı qorumaq üçün mən artıq vəkillərlə danışıb razılığa gəlmişəm. Mənə etimadnamə göndərin…”

BIR CAVAB BURAXIN