Azərbaycanda ən çox işləməyən və oxumayanlar cinayət törədib – RƏSMİ

0
615

 

 

Ötən il Azərbaycanda ümumilikdə 16 min 676 cinayət törədilib. “Yeniavaz.com” saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin cinayətlərin 10 mindən çoxu 30 və yuxarı yaşda olan insanlar tərəfindən törədilib. 2016-cı ildə Azərbaycanda törədilən cinayətlərin 15 min 640-ı kişilər, 1036-ı isə qadınlar tərəfindən işlənilib. Cinayət törətmiş şəxslərin sosial-demoqrafik əlamətlərinə görə bölgüsünə əsasən bəzi məlumatlara diqqət yetirək.

Cinayət törətmiş şəxslərin məşğulluğu:

– Fəhlələr – 352 cinayət.

– Qulluqçular – 393 cinayət.

– Kənd təsərrüfatı işçiləri – 19 cinayət.

– Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar – 501 cinayət.

– Maliyyə-kredit və bank işçiləri – 58 cinayət.

– Dövlət idarəçiliyi sisteminin işçiləri – 13 cinayət.

– Təhsil alanlar – 76 cinayət.

– Əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayanlar – 12751 cinayət.

– Digər məşğulluq növləri üzrə – 2513 cinayət.

Cinayət törədənlər yaşına görə:

– 14-15 yaşında – 114 cinayət.

– 16-17 yaşında – 328 cinayət.

– 18-24 yaşında – 2855 cinayət.

– 25-39 yaşında – 3147 cinayət.

– 30 yaş və yuxarı – 10322 cinayət.

BIR CAVAB BURAXIN