Sabunçu Xəstəxanadakı biabırçılıqla bağlı RƏSMİ AÇIQLAMA

0
723

Sosial şəbəkədə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən olayla bağlı paylaşılan videogörüntü böyük qalmaqala səbəb olub. 

AzNews.az xəbər verir ki, iyulun 18-də bir neçə bıçaq yarası almış şəxs tibbi yardım məqsədi ilə sözügedən xəstəxanaya müraciət edib. Dizi üstə oturub can verən, sonra isə halsızlıqdan arxası üstə yıxılan xəstəyə yardım edən olmayıb. Xəstəni qan içində yerdə çabalayan görən növbətçi həkim isə “adını-soyadını deməsən, heç yerimdən tərpənən də deyiləm”-deyir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Səfayə Əhmədova məsələ ilə əlaqədar AzNews.az-a bildirib ki, Əmraslanov Mahir Ələddin oğlu iyulun 18-də sərxoş halda xəstəxanaya daxil olub: “Cibində bıçaq olub, girən kimi həkimləri qorxudub. Amma həkimlər onu dilə tutub 15 dəqiqədən sonra əməliyyata alıblar. O ki qaldı xəstənin yerdə sürünməyinə, sərxoş olduğu üçün ayağa dura bilməyib. Həkim də qorxub, əlində bıçaq var axı, təhlükəlidir. İndi də özü etiraf edib ki, “bağışlayın, sərxoş olmuşam, bilməmişəm”.

BIR CAVAB BURAXIN