Yəhudi din xadimi müsəlmanların müdafiəsinə qalxdı

0
705

Avropada radikal islamofoblar yeni tikilən məscidin bünövrəsinə donuz qanı axıdıblar…
Niderlandın tanınmış yəhudi din xadimi sağ radikalların yeni tikilən məscidə etdikləri son rəzil hücumundan sonra qətiyyətlə ölkəsinin müsəlman azlıqlarının müdafiəsinə qalxdı.
Bu haqda “Daily Sabah” nəşri məlumat yayıb.  Ötən həftə  xristian rahiblərin qiyafəsinə bürünmüş naməlum şəxslər qondarma dini mərasimi təqlid edərək Niderlandın Ensxede şəhərində tikintisi yenicə başlanmış gələcək məscidin bünövrəsinə donuz qanı axıdıblar.
Ravvin Lodi van de Kamp Ensxededə baş vermiş biabırçı olayla bağlı  “Vətənpərvər avropalılar – Qərbin islamlaşmasına qarşı” (PEGIDA) adlı anti-İslam qrupuna açıq məktub yazıb. Müsəlmanlar ilə həmrəyliyini dilə gətirən van de Kampın sözlərinə görə, o, bu bədnam niyyətli məxluqların hərəkətlərinə görə dərin təəssüf hissi keçirir və Avropadakı sağ radikallardan fərqli olaraq şəhərdəki yeni bir məscidin açılışını səbirsizliklə gözləyir.
Gələcək məscidin təhqir olunmasını Enscxede şəhərinin meri Onno van Veldhuyzen də ittiham edərək  vandalların bu  hərəkətini “iyrənc” adlandırıb. Moderator.az

BIR CAVAB BURAXIN