Qaçırılıb Bakıya gətirilən qızın dəhşətli sonu-yeni faktlar 

0
666

 

Dünən Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Arazinfo.com Lent.az-a istinadən xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 25/22 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atan Şamaxı rayon sakini, 1995-ci il təvəllüdlü Kərimova Xalidə Elşən qızının həmin ünvanda yaşamadığı məlum olub. Bina sakinləri bildiriblər ki, 8-ci mərtəbədə yaşayış yoxdur və ətrafdakı insanlar da qızı tanımır. Maraqlıdır ki, qızın oraya hansı şəraitdə, kiminlə gəlməsi də sirr olaraq qalıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, Xalidə Kərimova Şamaxı rayon sakinidir və bir neçə gün əvvəl tanış olduğu oğlan tərəfindən qaçırılıb. Artıq həmin oğlanın kimliyi istintaq tərəfindən müəyyənləşdirilib. Lakin hadisə vaxtı həmin oğlan qaçırdığı qızın yanında olmayıb. Ehtimal edilir ki, qızın özünü atdığını görən həmin şəxs qaçıb.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

BIR CAVAB BURAXIN