Çavuşoğludan erməniyə sillə kimi cavab: Sarayı İrəvan xanı tikdirdi

0
679

Türkiyə Böyük Millət Məclisində 2018-ci ilin büdcə planının müzakirəsi zamanı baş nazirin müavini Hakan Çavuşoğlu ilə HDP-dən seçilən erməni əsilli deputat Qaro Paylan arasında mübahisə yaşanıb.

Teleqraf.com erməni KİV-inə istinadla xəbər verir ki, Qaro Paylan erməniləri nəzərdə tutaraq uzun müddət sonra Türkiyəyə geri qayıdanlara təzminat verilməsi tələbi ilə çıxış edib.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu erməni deputata sillə kimi cavab verib: “İrəvandakı Sərdar sarayı haqqında xəbəriniz varmı? Haradadır bu saray, heç olmasa qalıqları yerindədirmi? Bilirsənmi o sarayı kim tikdirib? İrəvan xanı Hüseyn Əli Xan! İndi mətbuata açıqlama verin və həqiqətlərin üzə çıxması üçün Ermənistan hökumətinə müraciət edərək lazımi işlər görülməsini tələb edin. Əgər onlar etməzsə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlığa imkan versinlər, biz yardım edərik”.

BIR CAVAB BURAXIN