Türkiyənin Şırnak vilayətində terrorçulara qarşı keçirilən əməliyyat zamanı Rusiya istehsalı olan “Metis” tank əleyhinə raketi tapılıb.
Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, yerli rəsmilər Şırnakdakı terrorçulara məxsus sığınacaqlarda aparılan axtarışlar zamanı müxtəlif növ silahlarla yanaşı, 70 min dollar dəyərində olan və 2 min metr məsafəni vura bilən “Metis” raketini tapdıqlarını açıqlayıblar.
Sözügedən raketlə təkcə tankları deyil, helikopterləri də sıradan çıxarmaq mümkündür.
Qeyd edək ki, Rusiyanın sözügedən silahından Suriya, Şimali Koreya, Bolqarıstan və Ermənistan ordusu da istifadə edir.