Həkimlərin ölüm diaqnozu qoyduğu 900 qramlıq körpə yaşamağı bacardı

0
596
 
Yeni evlənən cütlük Ceki Manqiolino və onun əri Mayk eşidəndə ki, uşaqları dünyaya gələcək seviniblər. 31 yaşlı qadın hamiləlik zamanı bir müddət özünü yaxşı hiss etsə də, sonradan hər şey dəyişib. Yoxlama zamanı məlum olub ki, hamilə qadın yüksək qan təzyiqindən əziyyət çəkir.
Xəstəxanaya yerləşdirilən qadının bir müddət müalicəsi davam etdirilsə də, sonradan halı daha da pisləşməyə başlayıb. Həkimlər ananı xilas etmək üçün 26 həftəlik uşağı əməliyyat edərək ana bətnindən götürüblər. 99 gün renimasiyada saxlanılan körpə yaşamağı bacarıb. Hansı ki, həkimlər onun yaşamasına heç cür rəy verə bilməyiblər. Riçi adı verilən oğlan uşağının bu gün artıq bir yaşı var. Ailəsi onlara yardımçı olan hər kəsə öz təşəkkürlərini bildirib. Moderator.az

BIR CAVAB BURAXIN