Neymarın yalanı üzə çıxdı

0
644

Neymar Fransa Liqa 1-də meydana çıxmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Bildirilib ki, PSJ-nin “Anje” ilə oyununda zədəli olduğunu deyən braziliyalı oyunçu matçda oynamaqdan imtina edib. Keçmiş “Barselona”ının meydana çıxmamasının əsl səbəbi isə motivasiya azlığı olub. Klubdan bu barədə rəsmi açıqlama verilməsə də, Neymarın müxtəlif kaprizlərinin olması haqqında mətbuatda vaxtaşırı məlumatlar yer alır. Qeyd edək ki, Fransa çempionatındakı stadionların keyfiyyətindən narazı olan hücumçu Çempionlar Liqası oyunlarında daha həvəsli çıxış edir.

BIR CAVAB BURAXIN