Bakıda 23 yaşlı qızdan dəhşətli əməl – ƏRİNİ DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ

0
786

Ötən gecə Bakının Sabunçu rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Sabunçu qəsəbəsi Əbdülkərim Əlizadə küçəsində həyat yoldaşı Vəliyev Nazim Fəxrəddin oğlunu öldürən Vəliyeva Tünzalə Elşad qızının 23 yaşı var. İlkin xəbərlərdə Nazim Vəliyevin 45 yaşında olduğu bildirilsə də, onun 1989-cu ildə anadan olması, cinayətin isə balta ilə törədilmədiyi məlum olub.

 

Bildirilir ki, 1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.

 

Dünən saat 21 radələrində gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 24 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisə vaxtı Tünzalənin bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qızın qolu sınıb.

 

Faktla bağlı cinayət işi açılıb, Tünzalə Vəliyeva tutulub

BIR CAVAB BURAXIN