Məşhur futbolçu Robert Levandovskini fırıldaqçılar aldadıb

0
675

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski aldadılıb.Arazinfo.com-un Apasport.az-a istinadən verdiyi xəbərə görə o, fırıldaqçıların qurbanı olub. Bu barədə “Bild” nəşri xəbər yayıb. Belə ki, təcrübəli futbolçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, əslində bu, fırıldaqçıların uydurmasıdır. Onlar internet vasitəsilə elanlar yayaraq göz xərçənginə tutulan bir körpə uşağın ABŞ-da müalicəsinin mümkünlüyünü iddia ediblər və insanlardan kömək istəyiblər.

Bu fırıldağa inananlardan biri də Levandovski olub. Fırıldaqçılar isə aradan çıxmağı bacarıblar.

BIR CAVAB BURAXIN