Özbəkistanda məscidlərdə azanın səsgücləndiricilərlə oxunmasına qoyulan qadağa götürülüb.
Teleqraf.com xəbər verir ki, 10 il öncə paytaxt Daşkənddə azanın mikrafonla oxunmasına qadağa qoyulmuşdu. Mollaların xahişindən sonra dövlət bu günlərdə yasağı aradan qaldırıb.
Paytaxtda yalnız Ramazan və Qurban bayramlarında azan mikrafonla oxunurdu.