Marsda Morze əlifbasında “ismarıc” tapıldı

0
644

NASA mütəxəssisləri Mars qumlarında Morze əlifbasını xatırladan dünlər aşkarlayıblar.

Bu barədə məlumat HiRISE aparatının rəsmi saytında yerləşdirilib.

Foto Mars Reconnaissance Orbiter planetlərarası avtomatik stansiyasında yerləşdirilən kamera vasitəsi ilə çəkilib.

Gizmodo portalının məlumatına əsasən, planetoloq Veronika Brey görüntüdə olan yazını deşifrə edib: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”.

Qeyd edək ki, Mars planetinin səthində Morze əlifbasında istifadə olunnan nöqtə və tire işarələri əvvəllər də tapılmışdı.

BIR CAVAB BURAXIN