“Barselona”və “Atletiko” qalib gəldi

0
719

İspaniya La Liqasında XI tura start verilib. Araz.com saytının məlumatına görə, turun ilk oyununda “Betis” “Xetafe”ni qəbul edib.

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”  La Korunyada “Deportivo”nu son dəqiqədə Tomasın vurduöu qolla məğlub edib. Son oyunlarda qələbəyə həsrət qalan, bir neçə gün öncə Ağdam təmsilçisi ilə də evdə “sülh bağlayan” “hindular”, səfər sınağından 3 xalla qayıtmağı bacarıblar .

Lider “Barselona” isə “Sevilya”nı qəbul edib və 2:1 hesabı ilə qalib gələrək liderliyini davam etdirir.

Bu gün isə La Liqanın daha bir formada olmayan komandası – “Real” “Las Palmas”la oynayacaq.

 

 

İspaniya La Liqası

XI tur

 

3 noyabr

Betis – Xetafe – 2:2
Qollar:
 Sanabriya, 68. Budebuz, 87 – Berqara, 18. Portilyo, 34.

 

4 noyabr

Valensiya – Leqanes” – 3:0

Qollar: Parexo, 14, Rodriqo, 71, Mina, 82
“Deportivo” – “Atletiko” – 0:1

Qol: Tomas, 90+1
“Alaves” – “Espanyol” – 1:0

Qol: Santos, 1
“Barselona” – “Sevilya” – 2:1

Qollar: Pako, 23, 65 – Pizarro, 59

 

5 noyabr

15:00 “Levante” – “Jirona”
19:15 “Selta” – “Atletik”
21:30 “Real Sosyedad” – “Eybar”
21:30 “Vilyarreal” – “Malaqa”
23:45 “Real” – “Las Palmas”

 

 

BIR CAVAB BURAXIN