“Kimdən hamilə olduğumu bilmirəm”

0
732

Sözsüz ki, “Ən qısa hekayə” müsabiqəsinin qalibi olmaq qələm əhlindən kifayət qədər yaradıcılıq imkanları tələb edir. Müsabiqə şərtlərinə uyğun olaraq müəyyən olunmuş həcmdə oxucuya təsir edə biləcək yazıçı təxəyyülünün məhsulunu ortaya qoymaq hər qələm sahibinin yaradıcılıq imkanları daxilində olmur.

 

İngiltərənin populyar jurnallarının birinin elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin şərtləri isə daha ağır olub. Ancaq bu şərtlərin mürəkkəbliyinə baxmayaraq, 20 yaşlı tələbə qız müsabiqənin tələblərinə cavab verməyi baca

 

Müsabiqə içtirakçılarına aşağıdakı şərtlərə əməl olunması tövsiyə edilib:

1. Hekayə bir cümlədən ibarət olmalıdır.

 

2. Şahzadə ifadəsinin işlənməsi mütləqdir.

 

3. İlahinin, Tanrının, Allahın adı çəkilməlidir.

 

4. Seks və intim münasibətləri əks etdirən fikir olmalıdır.

 

5. Ümumi məzmunda sirr və məxfilik yer tapmalıdır.

 

Müsabiqəyə minlərlə iştirakçı qatılıb. Ancaq təbii ki, qalib bir nəfər seçilib. Yerli universitetlərin birində təhsil alan 20 yaşlı tələbə müsabiqənin mükafatını qazanıb. O müsabiqənin bütün şərtlərinə əməl edərək ən qısa hekayəni belə yazıb:
“Səhər tezdən Şahzadə həyəcanla qışqırırdı ki, İlahi mən hamiləyəm və kimdən hamilə olduğumu bilmirəm”. Modern.az

BIR CAVAB BURAXIN