Çinin istehsal etdiyi elektriklə işləyən təyyarənin ilk sınaq uçuşu həyata keçirilib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şenyanq Aerospace Universiteti tərəfindən hazırlanan “RX1E-A” adlı təyyarə Çinin şimal-şərqindəki bir aeroportdan havaya qalxaraq iki saat dayanmadan uça bilib. Əvvəlki versiya olan “RX1E-A” təyyarəsi cəmi 45 dəqiqə havada qalmışdı.
Bir pilot və bir sərnişin olmaqla, cəmi iki yerlik təyyarə Çinin əvvəllər istehsal etdiyi elektriklə işləyən təyyarənin yeni versiyasıdır. İlk uçuşu uğurla həyata keçirilən təyyarənin Avropa və ABŞ bazarlarına çıxarılması planlaşdırılır.
Saatda 160 kilometr yol gedən təyyarənin əsasən pilot yetişdirilməsində, turizm və hava fotoqrafçılığında istifadə olunacağı bildirilir.