Xeops ehramında gizli otaq aşkarlanıb

0
659

Xeops ehramında gizli otaq aşkarlanıb

Alimlər Misirdəki Xeops ehramında əvvəllər məlum olmayan gizli otaq aşkarlayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

Məlumata əsasən, sözügedən otağın uzunluğu ən azı 30 metrdir. O, Böyük qalereyanın altında yerləşir və dar maili dəhliz şəklindədir.

Gizli otaq ehramda kosmik şüaların köməyi ilə aparılan tədqiqat zamanı aşkarlanıb. Mütəxəssislər otağın hansı məqsədlə istifadə olunduğunu hələlik müəyyən edə bilməyiblər.

Qeyd edək ki, bu ehram təxminən 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops kimi tanınan firon Xufunun əmri ilə tikilib. O, uzun müddət dünyanın ən hündür tikilisi olaraq qalıb. Qahirə şəhəri yaxınlığında yerləşən ehramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metrdir.


BIR CAVAB BURAXIN