Bethovenin kədərli EŞQ MƏKTUBLARI

0
731

 

Motsartın və Haydın tələbəsi olan Bethoven tarixin ən yaddaqalan və sevilən bəstəkarları arasında yer alır.

 

Adı XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.

 

Özümü nə vaxt bədbin hiss etsəm, 9-cu Sinfoniyasını fasiləsiz dinləyər, mənəvi dünyamı hüzura çevirərəm. Ruhumuzu gözəlliklə məst edən bu insanın nəfəs kəsən məktub yazarlarından biri olmağı da heç təəccüblü deyil.

 

Bethoven həyatı boyu heç vaxt evlənmədi, fəqət 40 yaşında qələmə aldığı məktublarında “ölümsüz sevgili” olaraq sirli bir qadına dərindən aşiq olduğu aşkara çıxdı. Qadının gərçək kimliyi kitabların mövzusu oldu amma tarixçilər bu an üçün o qadının evli Antonie Brentano olduğunu güman edirlər.

 

Bethovenin bu “ölümsüz sevgiliyə” yazdığı və ona xitab edərkən almanca “sie” (rəsmi, siz) yerinə “du” (sən, səmimi) sözlərindən istifadə etdiyi bu məktublar onun şəxsi əşyaları arasında tapıldıb. Bu məktublar heç vaxt göndərilməyib, bu onların münasibətlərinin yasaq olduğu və əsla bərabər olmayacaqları gözəl və tragedik bir eşq hekayəsidir.

 

Bethovenin məktubları “Tarixin Ən Möhtəşəm 50 Eşq Məktubu” adlı kitabdadır.

 

5 İyul, 1812, Bazar günü qələmə alınan ilk məktubda Bethoven belə yazır:

 

“Mənim mələyim, mənim hər şeyim, böyük müqqədəratım, sənə yazdığım sözlər boşuna vaxt sərfidir. Niyə içimdəki bu kədər elə hey dillənir?! Görəsən, sevgimiz qorxuların arasında, heç nə tələb etmədən davam gətirə biləcəkmi?! De görüm, sənin bütünlüklə mənim olmadığını, mənimsə sənin olmadığını dəyişə bilərsənmi?

 

Ay Allah! Əgər bütünlüklə mənim olsaydın, bu acını az da olsa sən də hiss edərdin!

 

Şübhəsiz ki, bir-birimizi görməliyik, bundan başqa öz həyatımda apardığım müşahidələrimi sənə çatdıra bilmirəm.

 

Ürəyim sənə deyəcək sözlərlə doludur. Ah! Elə vaxtlar olur ki, danışmağın boş, əhəmiyyətsiz bir şey olduğunu düşünürəm. Şadlan, mənim həqiqətim, yeganə xəzinəm olaraq qal. Bütün varlığım sənindir. Allah bizim üçün yaxşı olacaq rahatlıq göndərməlidir.

 

Sənin sadiq sevgilin Lüdviq”

 

O günün axşamı Bethoven məstedici həsrətlə yanıb tutuşur:

 

“Necə bir həyatdı bu! İndi olduğu kimi! Sənsiz orada, burada qarşılaşdığım yaxşı niyyətlərlə dolu bir həyat-haqq etməyi umduğum qədər haqq etdiyim yaxşı niyyət- bir insanın digərinə hörməti-mənə acı verir-və özümü kainatın tam ortasına yerləşdirdiyimdə, mən nəyəm və o adam kim-bəzilərinin ən böyük adamlarından biri deyə adlandırdığı – və buna rəğmən-digər yandan bu adamda ilahi bir element var…

 

Məni nə qədər sevirsən sev – mənim sənə olan eşqim daha çoxdu, amma özünü məndən əsla gizlətmə-gecən xeyrə-Ulu Tanrım-çox yaxın!

Çox uzaq!

Bizim eşqimiz cənnətdə tapıla bilər…”

 

7 İyulun səhəri həsrətin yerini çarəsizlik əvəzləyir:

 

“Hələ də yataqda olmağıma baxmayaraq düşüncələrim sənə gedir, ölümsüz sevgilim, indi və sonra şən, daha sonra kədərli tale bizi eşidəcək mi deyə öyrənmək üçün – yalnız tamamilə səninlə yaşaya bilərəm, ya da heç yaşaya bilmərəm. Bəli, ən sonunda həqiqətən qollarına uçaraq səninlə evdəyəm dəyənə qədər səndən çox uzaqda gəzməyə qərarlıyam.

 

Ruhlar ölkəsində sənə sarılmış ruhumu göndərərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Sənə olan sədaqətimi bildiyin üçün daha çox pərişan olacaqsan. Başqa kimsə ürəyimə sahib ola bilməz, heç vaxt, heç vaxt.

 

Ah, ilahi, birini bu qədər sevən insan niyə sevdiyindən ayrı qalmalıdır ki. Və indi mənim həyatım çox alçaq bir həyatdır. Sevgin məni dərhal insanların ən xoşbəxti və ən bədbəxti edir. Bu yaşda sakit və nizamlı bir həyata ehtiyacım var. Münasibətimiz də belə ola bilərmi?

 

Mələyim, mənə poçt arabasının artıq hər gün getdiyini söylədilər. Bu üzdən məktubu bir an əvvəl atmalıyam ki, sən də bir an əvvəl alasan. Sakit ol, sadəcə mövcudluğumuzu sakit bir nəzərdən keçirməklə yanaşı yaşama məqsədimizə çata bilərikmi. Rahat (ya da sakit) ol. Məni sev. Bu gün, dünən, göz yaşları dolu həsrət, sənin üçün, sənin üçün, sənin üçün. Həyatım, hər şeyim, əlvida.

 

Məni sevməyə davam et. Heç vaxt sevginin ən sadiq ürəyini səhv qiymətləndirmə.

 

hər zaman sənin

hər zaman mənim

hər zaman bizim”

 

Türkçədən çevirdi: Oğuz Ayvaz/adalet.az

BIR CAVAB BURAXIN