Ev Sosial Qadağa qoyulan evlilik verilişi yenidən yayımlanır-video

Qadağa qoyulan evlilik verilişi yenidən yayımlanır-video

0
750
Qadağa qoyulan evlilik verilişi yenidən yayımlanır

 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyənin Radio və Televiziya verilişləri üst qurumu (RTÜK) evlilik verilişlərinin yayımının dayandırılması ilə bağlı qərar qəbul etmişdi.

Axşam.az “Haberler.com”a istinadən xəbər verir ki, buna baxmayaraq Hande Ataizi bu qanuna əhəmiyyət verməyərək “Sony Channel Türkiye” kanalında yenidən evlilik verilişini aparır. O, yoluna Star TV-də aparıcısı Zuhal Topal olan izdivaç verilişinin iştirakçıları ilə davam edir.Verilişdə məşhur iştirakçılardan Serkan, Muhammed, Hanife və digərləri yer alıb. Bundan başqa, azərbaycanlı model Əli də canlı yayıma zəng vuraraq yaxın günlərdə proqrama qatılacağını bildirib.

Qeyd edək ki, RTÜK-ün qərarından sonra Seda Sayan və Esra Erolun aparıcısı olduğu verilişlərin formatı tamamilə dəyişilib.

Star TV-də yayımlanan Zuhal Topalla izdivaç proqramının yerinə isə Balçiçək İlterin aparıcılığı ilə sosial mövzulardan ibarət yeni bir veriliş yayımlanır.

BIR CAVAB BURAXIN